AGF işğaldan azad olunmuş ərazilərdə “Güləş Qarabağda” kampaniyasını həyata keçirib

AGF işğaldan azad olunmuş ərazilərdə “Güləş Qarabağda” kampaniyasını həyata keçirib






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Azərbaycan Güləş Federasiyası, #Böyük Qayıdış, #Füzuli, #İdman, #Orta məktəb, #Qarabağ Universiteti, #Qarabağ və Şərqi Zəngəzur, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Güləş Federasiyası (AGF) işğaldan azad olunmuş ərazilərdə “Güləş Qarabağda” kampaniyasını həyata keçirib.

presstvaz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə baş tutan kampaniya Qarabağ və Şərqi Zəngəzuru əhatə edib.

Tanınmış güləşçilər, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının rəsmilərindən ibarət olan nümayəndə heyəti iki gün boyunca Xankəndi, Laçın, Şuşa və Füzulidə keçirilən təbliğat və təşviqat xarakterli tədbirlərdə iştirak edib.

Xankəndi 4 saylı orta məktəbdə, Qarabağ Universitetində, Laçın 2 saylı orta məktəbdə, Füzuli güləş zalında, eləcə də Şuşa qalasında yeniyetmə və gənclərlə görüşən güləşin ulduzları onlara avtoqraf verib, müxtəlif sualları cavablandırıb və öz tövsiyələrini çatdırıblar. Güləşlə bağlı müxtəlif viktorinalar bu tədbirlərə əlavə rəng qatıb.

Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan “Güləş Qarabağda” kampaniyasının keçirilməsində məqsəd işğaldan azad edilmiş torpaqlarda güləşimizi təbliğ etmək, bu idman növünün populyarlığını artırmaq, maariflənməni genişləndirmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdən ibarət olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv