Ekvador “Barselona”sının 34 yaşlı futbolçusu öldürüldü

Ekvador “Barselona”sının 34 yaşlı futbolçusu öldürüldü






presstv

"Presstv"az #Audi, #Braziliya, #Futbol, #Silahlı hücum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ekvadorda yerli “Barselona” klubunun 34 yaşlı futbolçusu Mario Pineyda öldürülüb.

presstvaz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Məlumata görə, idmançı ona edilən silahlı hücumdan sonra dünyasını dəyişib:

“Klub oyunçumuz Mario Pineydanın ona qarşı hücumdan sonra ölümünü dərin təəssüf hissi ilə bildirir”.

“Ecuavista Noticias” telekanalının məlumatına görə, hücum zamanı oyunçunun həyat yoldaşı da ölüb, anası isə yaralanıb.

Pineyda 2016-cı ildən “Barselona”da oynayır, komanda ilə iki Ekvador çempionluğu və bir ölkə kubokunu qazanıb. Futbolçu karyerası ərzində Ekvadorun “İndependiyente del Valle” və “Nasional”, eləcə də Braziliyanın “Fluminense” klublarında da oynayıb. Müdafiəçi Ekvador yığmasında səkkiz oyun keçirib, bir məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv