Robert Fitsonun təyyarəsi Brüssel hava limanında CİDDİ ZƏDƏLƏNDİ

Robert Fitsonun təyyarəsi Brüssel hava limanında CİDDİ ZƏDƏLƏNDİ






presstv

"Presstv"az #Aleksandar Vuçiç, #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Belçika, #Humanitar yardım, #Kiyev, #Münaqişə, #Robert Fitso, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar, #Serbiya, #Slovakiya, #təyyarə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 17-də Avropa İttifaqı (Aİ) sammitində iştirak etmək üçün Belçikaya gələn Slovakiyanın Baş naziri Robert Fitso nümayəndə heyətinin təyyarəsinin Brüssel hava limanında zədələnməsi ilə bağlı baş verən insidentdən danışıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Fitso “Facebook” hesabında yazıb.

“Brüsseldəki mürəkkəb sammit yaxşı başlamadı. Hava limanında pilləkənli maşın (trap) təyyarəmizi zədələdi və buna görə də uça bilmir, biz onu burada qoymağa məcburuq”, – deyə Fitso bildirib.

O əlavə edib ki, Aİ qurumları tərəfindən Serbiyaya qarşı ədalətsiz münasibətə etiraz etmək üçün qəsdən bu sammitdə iştirak etməyən Serbiya Prezidenti Aleksandar Vuçiçi dəstəkləyir.

“İkili standartlar Avropa siyasətinin xarakterik xüsusiyyətidir. Bir tərəfdən böyük güclər Ukraynanı Aİ-yə qoşulmağa məcbur edir, baxmayaraq buna tamamilə hazır deyil, digər tərəfdən isə onlar Serbiyanın ittifaqa qoşulmasına mane olurlar, çünki o, çox qürurlu, özünəinamlı və suverendir”, – deyə Fitso qeyd edib.

Xatırladaq ki, daha əvvəl Vuçiç Brüsseldəki sammitdə iştirak etməyəcəyini açıqlamışdı. Onun sözlərinə görə, orada bütün Balkan ölkələrinə Rusiya ilə Avropa İttifaqı arasında münaqişə baş verərsə, hansı tərəfdə olacaqları sualı veriləcək. O, Serbiyanın “Serbiya tərəfində” qalmaq niyyətində olduğunu vurğulayıb. Vuçiç qeyd edib ki, Serbiya 14 ildə ilk dəfə bu sammitdə iştirakdan imtina edib. Münaqişənin başlanmasından sonra Vuçiç Serbiya Milli Təhlükəsizlik Şurasının iclası bitən kimi xalqa müraciətində bildirib ki, Belqrad Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. Vuçiç qeyd edib ki, Serbiya Rusiya və Ukraynanı qardaş dövlətlər hesab edir və Şərqi Avropada baş verənlərdən təəssüflənir. Serbiya prezidenti həmçinin Kiyevə humanitar yardım göstərməyə də hazır olduğunu açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv