Ramin Məmmədov ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb

Ramin Məmmədov ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Bakı, #Ramin Məmmədov, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 18-də ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.

presstvaz xəbər verir ki, görüş zamanı komitə sədri Ramin Məmmədov bu il Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanan Anlaşma Memorandumundan sonra bütün sahələrdə, o cümlədən dini müstəvidə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. O bildirib ki, bu yeni mərhələdə formalaşan imkanlardan səmərəli istifadə edərək Azərbaycan ilə ABŞ arasında dini sahədə əməkdaşlığı inkişaf etdirmək mümkündür.

Görüşdə ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din siyasətinin nəticəsi olaraq formalaşmış multikultural mühitdən bəhs edən Ramin Məmmədov vurğulayıb ki, bu istiqamətdə görülən məqsədyönlü işlər cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasına, dinlərarası həmrəyliyin və vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Komitə sədri ölkəmizdə ilk dəfə təşkil edilən “Fərqliliyin rəngi” festivalının yüksək səviyyədə və geniş ictimai maraqla keçirildiyini, müxtəlif dini konfessiyaların nümayəndələrinin bu tədbirdə fəal iştirak etdiyini diqqətə çatdıraraq, bunun Azərbaycanda qarşılıqlı hörmətə, etimada və multikultural dəyərlərə əsaslanan tolerantlıq mühitinin real göstəricisi olduğunu bildirib.

ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ölkəmizdə müşahidə olunan dini tolerantlıq, multikulturalizm mühitini yüksək qiymətləndirib, müxtəlif dini konfessiya nümayəndələri arasında mövcud olan qarşılıqlı anlaşma və əməkdaşlığın nümunəvi xarakter daşıdığını qeyd edib. Multikulturalizmin Azərbaycanın ən güclü və cəhətlərindən biri olduğunu xüsusi vurğulayan E.Karlon ABŞ-nin əsas məqsədinin regionda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verməkdən ibarət olduğunu bildirib. O, eyni zamanda gələn il ABŞ-Azərbaycan münasibətlərinin daha da dinamik inkişaf edəcəyini, bir sıra ictimai-siyasi xadimlərin ölkəmizə səfərlərinin planlaşdırıldığını qeyd edib. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılmasını yüksək dəyərləndirildiyini vurğulayıb.

Müvəqqəti işlər vəkili ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatının qərəzli yanaşmalardan, habelə əsassız iddialardan uzaq hazırlanmasının, Azərbaycanın mövcud reallıqlarını, ölkədə dini etiqad azadlığının təmin olunması və tolerant mühitin faktiki vəziyyətini obyektiv, dolğun şəkildə əks etdirməsinin vacibliyini də xüsusi olaraq vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv