Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükündən danışdı

Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükündən danışdı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Ermənistan, #İrəvan, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsullarının ilk partiyasının Ermənistana göndərilməsini yüksək qiymətləndirib.

presstvaz Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə N.Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.

“Bilirəm ki, Azərbaycanda istehsal olunan neft məhsullarını daşıyan ilk qatar artıq Ermənistana yollanıb. Mən bu inkişafı yüksək qiymətləndirirəm”, – deyə o bildirib.

Onun sözlərinə görə, ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şərait Bakı ilə İrəvan arasında bərqərar olan sülh sayəsində yaradılıb.

“Həmçinin siyasi razılaşmalar da var idi. İlk razılaşma artıq reallıqdır”, – deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, bu gün Biləcəri stansiyasından Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv