Nərimanov rayonundakı səki piyadalar üçün yararsız vəziyyətə düşüb

Nərimanov rayonundakı səki piyadalar üçün yararsız vəziyyətə düşüb






presstv

"Presstv"az #Audi, #Avto, #Bakı, #Nərimanov rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki faktiki olaraq yararsız vəziyyətə salınıb. Sakinlər hər gün həyatlarını təhlükəyə ataraq avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar.

Səkinin bir hissəsi kənar şəxslər tərəfindən zəbt edilərək üzərinə beton tökülüb və dəmir hasarla bağlanıb. Digər hissəsi isə küçə işıqlandırması üçün nəzərdə tutulan dirəklər tərəfindən tutulub və piyadaların keçidi üçün yer qalmayıb.

Ərazidən istifadə edən sakinlər vəziyyəti belə təsvir edirlər: “İnsanlar buradan keçərkən çox əziyyət çəkirlər. Səki o qədər dardır ki, iki nəfər qarşı-qarşıya gələndə və ya yan-yana getmək istəyəndə məcbur olub avtomobil yoluna düşürük. Bu da həm bizim, həm də sürücülər üçün böyük təhlükə yaradır”.

Bakı Şəhər İşıq və Elektrik Şəbəkələri Müəssisəsindən məsələ ilə bağlı bildirilib ki, sözügedən ərazidə uzun illər öncə aparılan yol genişləndirilməsi işləri nəticəsində dirəklər səkinin ortasında qalıb. Gələcəkdə piyada səkisinin yenidən qurulması və genişləndirilməsi zamanı işıq dirəklərinin yerinin dəyişdirilməsi nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv