Tıxac probleminə son: Uçan elektrik avtomobili gələn il yollarda ola bilər – FOTO

Tıxac probleminə son: Uçan elektrik avtomobili gələn il yollarda ola bilər – FOTO






presstv

"Presstv"az #ABŞ, #Avto, #avtomobillər, #Nəqliyyat, #Uçan avtomobil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ mərkəzli texnologiya şirkəti Alef Aeronautics həm yerüstü hərəkət edə bilən, həm də şaquli şəkildə havaya qalxa bilən elektrikli uçan avtomobili ilə nəqliyyatda yeni mərhələnin əsasını qoymağa hazırlaşır. Model A adlanan avtomobilin 2026-cı ilin sonuna doğru seriya istehsalına buraxılması planlaşdırılır. Avtomobilin ilkin sifariş qiyməti isə təxminən 540 min manat olaraq açıqlanıb.

presstvaz xəbər verir ki, model A klassik avtomobil dizaynını uçuş texnologiyası ilə birləşdirir. Avtomobil adi nəqliyyat vasitəsi kimi yollarda hərəkət edə bilir, lakin ehtiyac yarandıqda gizli pərvanələr işə düşərək nəqliyyat vasitəsini şaquli şəkildə havaya qaldırır. Bu xüsusiyyət sürücülərə tıxacda gözləmək əvəzinə havaya qalxaraq yollarına davam etmək imkanı yaradır.

Alef Aeronauticsin baş icraçı direktoru Jim Dukhovny bildirib ki, layihənin əsas məqsədi yalnız uçan avtomobil istehsal etmək deyil, bu texnologiyanı uzunmüddətli perspektivdə geniş kütlələr üçün əlçatan etməkdir. Barselonada keçirilən Mobil Dünya Konqresində çıxış edən Dukhovny, Model A-nın hazırkı ön sifariş qiymətinin 235 min funt sterlinq (540 min manat) olduğunu və avtomobilin hazırda lüks seqmentə aid edildiyini qeyd edib.

Şirkət seriya istehsalına keçildikdən sonra xərclərin ciddi şəkildə azalacağını gözləyir. Duxovninin sözlərinə görə, kütləvi istehsal sayəsində Model A-nın qiyməti gələcəkdə 25 min funt sterlinqə qədər enə bilər. O, istifadə olunan texnologiyanın düşünüldüyü qədər mürəkkəb olmadığını və böyük həcmdə istehsalın qiymətləri aşağı salacağını vurğulayıb.

İki nəfərlik Model A karbon lifli gövdəsi sayəsində həm yüngül, həm də möhkəm quruluşa malikdir. Texniki göstəricilərə əsasən, avtomobil havada saatda 177 kilometr, yerdə isə nəzəri olaraq 320 kilometr sürət yığa bilir. Lakin qanunvericilik səbəbindən yerüstü sürətin 40-56 km/saat aralığında məhdudlaşdırılması planlaşdırılır.

Uçuş sistemi ön və arxa hissədə yerləşdirilən müstəqil pərvanələr vasitəsilə həyata keçirilir. Yerüstü hərəkət zamanı isə hər təkər üçün ayrıca mühərrikdən istifadə olunur. Şirkət bildirir ki, idarəetmə mexanizmi dronlara bənzəyir və avtomobilin istifadəsi qısa müddətli təlimlə öyrənilə bilər.

Alef Aeronautics Model A-nı 2026-cı ilin sonuna doğru seriya istehsalına buraxmağı planlaşdırır. Əgər bu planlar reallaşarsa, uçan avtomobillər ilk dəfə gündəlik həyatın bir hissəsinə çevrilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv