Xərçəngin dərmanı görün hansı heyvanda imiş

Xərçəngin dərmanı görün hansı heyvanda imiş






presstv

"Presstv"az #Araşdırma, #Bakteriya, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrini məhv edə bilən bakteriyalar aşkar ediblər.

presstvaz xəbər verir ki, tədqiqat “Japan Advanced Institute of Science and Technology” (JAIST) alimləri tərəfindən aparılıb və nəticələr “Gut Microbes” jurnalında dərc olunub.

Araşdırma zamanı alimlər vəhşi amfibiyalar və sürünənlərin mikrobiotasını öyrəniblər. Onlar yapon ağac qurbağalarının (Dryophytes japonicus), yapon tritonlarının və çevik kərtənkələlərin bağırsağından 45 bakteriya ştammı ayırıblar. Laboratoriya testlərində bu ştammlardan 9-u xərçəngə qarşı güclü təsir göstərib.

Ən yüksək effekt isə qurbağaların bağırsağında aşkar edilən “Ewingella americana” bakteriyasında qeydə alınıb. Siçanlar üzərində aparılan təcrübələrdə bu bakteriyanın bir dəfə damar daxilinə yeridilməsi kolorektal xərçəng şişinin bütün heyvanlarda tam yox olmasına səbəb olub. Bu nəticə immunoterapiya və kimyaterapiya da daxil olmaqla standart müalicə üsullarından daha effektiv olub.

Alimlər müəyyən ediblər ki, bakteriya iki istiqamətdə təsir göstərir. Bir tərəfdən, şişin oksigeni az olan mühitində toplanaraq xərçəng hüceyrələrini birbaşa məhv edir. Digər tərəfdən isə immun sistemini aktivləşdirərək şişə qarşı müdafiəni gücləndirir.

Tədqiqatçılar gələcəkdə bu üsulun digər xərçəng növlərində də sınaqdan keçirilməsini və insanlarda istifadəsi üçün daha təhlükəsiz tətbiq yollarının hazırlanmasını planlaşdırırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv