Azərbaycanda tıxac vergisi tətbiq oluna bilər: 5 MANAT – VİDEO

Azərbaycanda tıxac vergisi tətbiq oluna bilər: 5 MANAT – VİDEO






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #London, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda tıxac probleminin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqi müzakirə olunur.

presstvaz xəbər verir ki, dünya praktikasında geniş istifadə edilən “tıxac vergisi”nin ölkəmizdə də tətbiqi gündəmdədir. Sözügedən sistem əsasən iri şəhərlərin mərkəzi hissələrində və nəqliyyatın sıx olduğu ərazilərdə tətbiq olunur. Məqsəd sürücüləri şəxsi avtomobildən daha az istifadə etməyə, ictimai nəqliyyata üstünlük verməyə təşviq etməkdir.

Ekspertlərin fikrincə, bu üsul həm yol hərəkətinin intensivliyini azaltmağa, həm də atmosferə atılan zərərli qazların həcmini minimuma endirməyə kömək edə bilər. Beləliklə, şəhər mərkəzlərində tıxac probleminin qarşısının alınması hədəflənir.

Qeyd olunur ki, tıxac vergisi dünya ölkələrində artıq sınaqdan çıxmış təcrübədir. Məsələn, Londonda bu sistem 2000-ci ildən tətbiq olunur və hazırda giriş haqqı təxminən 35 manata bərabərdir. Stokholm və Sinqapurda da oxşar mexanizmlər mövcuddur. Xüsusilə Sinqapurda bu sistem hələ 1975-ci ildən tətbiq edilir və effektiv nəticə verib.

Məlumatlara görə, sistemin tətbiqi zamanı şəhərin giriş-çıxış yollarında xüsusi terminallar quraşdırılmalıdır. İlkin ehtimallara əsasən, Azərbaycanda tətbiq ediləcəyi təqdirdə giriş haqqının təxminən 5 manat olacağı güman edilir. Lakin yekun məbləğin dəqiq hesablamalardan sonra müəyyənləşəcəyi bildirilir.

Hazırda məsələ müzakirə mərhələsindədir və qərar qəbul edilərsə, tətbiq mexanizmi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv