FIFA DÇ-2026 iştirakçılarına rekord məbləğdə mükafat verəcək

FIFA DÇ-2026 iştirakçılarına rekord məbləğdə mükafat verəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Kanada, #Meksika, #Qətər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

FIFA Şurası 2026-cı il dünya çempionatı iştirakçılarına rekord məbləğdə – 727 milyon dollar mükafat ödənişini təsdiqləyib.

presstvaz xəbər verir ki, bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, qarşıdan gələn turnirin mükafat fondu 2022-ci ildə Qətərdə keçirilən yarışın mükafat fondundan 50% çox olacaq.

Mükafat çempionatda iştirak edən hər bir komandaya veriləcək. Turnirin qalibi 50 milyon dollar, gümüş medalçı 33 milyon dollar, üçüncü yeri tutan komanda isə 29 milyon dollar qazanacaq. 33-cü yerdən 48-ci yerə qədər olan komandaların hər biri 9 milyon dollar alacaq.

Həmçinin mükafatdan əlavə, hər bir seçmə komanda təlim xərclərini qarşılamaq üçün 1.5 milyon dollar vəsait əldə edəcək.

Xatırladaq ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv