Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İsrail, #Kosmos, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Rəşad Nəbiyev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi və “İsrail Aerokosmik Sənayesi” korporasiyasının birgə əməkdaşlığı ilə Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi təsis edilib. Mərkəzin missiyası Azərbaycanda innovasiyalara dəstək vermək, innovativ təhsil, startapların inkişafı, innovativ sahibkarlıq, o cümlədən kosmik sahədə innovativ yanaşmanı və beynəlxalq texnoloji əməkdaşlığı təşviq etməkdir.

Mərkəzin açılışında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, “İsrail Aerokosmik Sənayesi” korporasiyasının və Holon Texnologiya İnstitutunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “AZCON Holding”in şirkətlərindən olan “Azərkosmos”un rəhbər nümayəndələri iştirak ediblər.

“Vistar” Mükəmməllik Mərkəzinin dekabrın 16-da baş tutan rəsmi açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya mədəniyyətinin inkişafı kontekstində beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulayıb:

“Biz nüfuzlu qlobal texnologiya liderləri ilə əməkdaşlığı genişləndirərək onların Azərbaycana gəlməsini və qarşılıqlı fayda yaradan layihələr həyata keçirməsini dəstəkləyirik. Yeni yaradılan Mükəmməllik Mərkəzi də Azərbaycanda yüksək rəqabətqabiliyyətli startapların və ümumilikdə innovasiya mədəniyyətinin inkişafına təkan verəcək”.

Tədbirdə, salamlama nitqi ilə, həmçinin “İsrail Aerokosmik Sənayesi” korporasiyasının prezidenti və baş icraçı direktoru Boaz Levi də çıxış edib. O bildirib ki, yeni yaradılan Mərkəz Azərbaycan və İsrail arasında yüksələn xətlə inkişaf edən əlaqələrin göstəricisidir:

“Bizim ölkələr arasında daim qarşılıqlı etimada əsaslanan münasibətlər olub və bu gün texnoloji sahədə əməkdaşlığımızı gücləndirən mühüm bir addım atdıq. “Vistar” Mükəmməllik Mərkəzi innovatorlar üçün yeni imkanlar yaradacaq. Bununla da Azərbaycan və İsrail arasında texnoloji əməkdaşlıq daha dinamik inkişaf edəcək”.

Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin fəaliyyəti təhsil, innovasiya, kosmik sənaye və tədqiqat sahələrini əhatə edən tədris və akselerasiya modeli üzərində qurulub. Mərkəzdə beynəlxalq ekspertlərin iştirakı ilə ideyaların sınaqdan keçirilməsi, prototiplərin hazırlanması, startapların investisiya və bazarlara çıxışını hədəfləyən təlimlərin keçirilməsi nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv