Həyat yoldaşını qətlə yetirən şəxs: “Mələklər arvadımın məni aldatdığını dedilər”

Həyat yoldaşını qətlə yetirən şəxs: “Mələklər arvadımın məni aldatdığını dedilər”






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Neftçi, #Qəsdən adam öldürmə, #Suraxanı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki parkda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən əlavə ifadə üçün söz istəyib.

“Mən dəli deyiləm. Amma mələklər mənə bütün maskaların düşəcəyini, seçilmiş insan olduğumu deyirdilər. Mələklər mənə bu qadının məni aldatdığını, başıma oyun açacağını deyirdilər. Onu mətbəx bıçağı ilə öldürdüm. Döş qəfəsi və qarın boşluğundan vurmuşdum. Axırıncı zərbəni boğazından vurdum. Əslində onun başını kəsmək istəyirdim, amma barmaqlarını qabağa verib imkan verməyəndə barmaqları kəsildi”.

Daha sonra təqsirləndirilən şəxs məhkəmənin və dövlət ittihamçısının suallarını cavablandırıb.

Məhkəmə tərkibi məhkəmə istintaqının yekunlaşdığını elan edib. Çıxışlar üçün növbəti proses 7 yanvara təyin edilib.

Xatırladaq ki, 2025-ci ilin aprelin 7-i, saat 19:00-da Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı Rayon Prokurorluğu tərəfindən Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv