“Mançester Yunayted”də məlumat sızması: Araşdırma başlandı

“Mançester Yunayted”də məlumat sızması: Araşdırma başlandı






presstv

"Presstv"az #"Mançester Yunayted", #Araşdırma, #Audi, #Ruben Amorim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mançester Yunayted” klubu komandanın Premyer Liqada “Bornmut”a qarşı oyun üçün taktikası ilə bağlı məlumatların sızmasına dair daxili araşdırmaya başlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Daily Mail” nəşri məlumat verib.

Məlumata görə, 2024-cü ilin noyabr ayında “Yunayted”ə gəldiyi andan bəri Ruben Amorim üçlü müdafiədə oynamağa üstünlük verib, Ruben də inadkarlığına görə dəfələrlə tənqidə məruz qalıb.

Lakin ötən bazar ertəsi “Bornmut”a qarşı oyunda (4:4) Amorim bir az fərqli oynamağa qərar verib və Dioqo Dalotu sol cinah müdafiəçisi mövqeyindən klassik müdafiə dördlüyündə cinah müdafiəçisi mövqeyinə keçirib.

Amorimin taktiki çeviklik nümayiş etdirmək niyyəti ilə bağlı KİV-də “Old Trafford”dakı oyundan bir neçə saat əvvəl müvafiq yazılar dərc edilib.

“Bunu siz müzakirə edə bilərsiniz, mən deyil. Mənə məlum olduğu qədəri ilə, siz bu həftə məşqlərdə dörd nəfərlik müdafiə oyununu məşq etdiyimizdən xəbər tutmusunuz. Bunu haradan öyrəndiyinizi bilmirəm, amma bu həftə müzakirələriniz üçün yaxşı mövzudur”, – deyə Amorim bildirib.

“Yunayted” daxili araşdırmaya başlayıb və sızmanın arxasında kimin dayandığını müəyyən etməyə çalışır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv