“İkitərəfli əlaqələr ölkələrimizin milli maraqlarına uyğundur” – Kamaləddin Qafarov

“İkitərəfli əlaqələr ölkələrimizin milli maraqlarına uyğundur” – Kamaləddin Qafarov






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“May ayının 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana etdiyi dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyət kəsb edən hadisədir. Səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edilib, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verilib. Ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan ilə Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.”
presstvaz bildirir ki, bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan-Tacikistan münasibətlərinin yüksək qiymətləndirilməsi ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir:

“Öz çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan ilə Tacikistan arasında mövcud olan qarşılıqlı əlaqələrin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Məhz bu zəmin əsasında formalaşan dövlətlərarası münasibətlər hazırda ən yüksək səviyyəyə çatıb. Dövlət başçımız bu günlərdə keçirilən Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi baxımından kəsb etdiyi əhəmiyyəti də qeyd edib. Aparılan müzakirələrdə nəqliyyat sektoru xüsusi diqqət mərkəzimizdə olub. Azərbaycan və Tacikistan Prezidentləri Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçiriblər. Birmənalı olaraq demək olar ki, bu gün Azərbaycan-Tacikistan münasibətləri öz inkişafının yeni, daha yüksək mərhələsindədir və bu əlaqələr hər iki ölkənin milli maraqlarına xidmət edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv