Adnan Özerdən türk dünyasına çağırış: “Ortaq ədəbi dilin formalaşdırılması vacib məsələlərdən biridir”

Adnan Özerdən türk dünyasına çağırış: “Ortaq ədəbi dilin formalaşdırılması vacib məsələlərdən biridir”






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Hadisə, #İstanbul, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Birinci Türkoloji Qurultayın 100-cü ildönümü yaxınlaşarkən bu tarixi hadisənin anılması və onun irsinin yaşadılması istiqamətində görülən işlər olduqca dəyərlidir”.

Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihə çərçivəsində şair, Beynəlxalq İstanbul Ədəbiyyat Festivalının rəhbəri Adnan Özer deyib.

Şair ədəbi çevrələrdə türkoloji araşdırmaların daha da intensivləşməsinin faydalı olacağını vurğulayıb.

Adnan Özer, həmçinin qeyd edib ki, türk dünyası üçün ortaq ədəbi dilin formalaşdırılması vacib məsələlərdən biridir.

Onun sözlərinə görə, bu istiqamətdə ilk ciddi addımlar məhz Birinci Türkoloji Qurultayda atılıb və latın əlifbasına keçid bu baxımdan tarixi əhəmiyyət daşıyır.

Şair, həmçinin türk dilinin tarixi və şifahi irsinin sistemli şəkildə araşdırılmasına təxirə salınmadan başlanmasının zəruriliyini diqqətə çatdırıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv