“Qarabağ” cərimələndi, “Qəbələ”nin futbolçusu diskvalifikasiya edildi

“Qarabağ” cərimələndi, “Qəbələ”nin futbolçusu diskvalifikasiya edildi






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Azərbaycan, #Bakı, #Futbol, #İmişli, #Neftçi, #Premyer Liqası, #Qəbələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bəzi futbol klublarını cərimələyib.

presstvaz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Qarabağ” klubu Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb.

“Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

“Kəpəz” – “Qəbələ” oyununda Gəncə komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. “Qəbələ” isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1000 manat ziyana düşüb. İ.Sanqare 2 oyunluq diskvalifikasiya olunub.

“Turan Tovuz” – “Sabah” oyununda 7 üzvü sarı vərəqə aldığı üçün Bakı klubu 700 manat cərimələnib.

“Karvan-Yevlax” “İmişli” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

“Sumqayıt” isə “Neftçi” il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv