Deputat: “Qəbul etdiyimiz qanunların icrasına nəzarəti həyata keçirə bilmirik”

Deputat: “Qəbul etdiyimiz qanunların icrasına nəzarəti həyata keçirə bilmirik”






presstv

"Presstv"az #Audi, #İqtisadi siyasət, #kompüter oyunları, #Milli Məclis, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz qəbul etdiyimiz qanunların icrasına nəzarəti həyata keçirə bilmirik. Bu da şikayətlərin əsasını təşkil edir. Məsələn, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul olunub, amma ölkənin bütün iaşə obyektlərində siqaret çəkilir”.

presstvaz xəbər verir ki, bunu deputat Elşad Musayev Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, uşaqların kompüter oyunları oynadığı məkanlarda siqaret çəkilir:

“Biz də sakit dururuq, sonra deyirik ki, bunu necə icra edək? Bu qanunun icrasına kim nəzarət etməlidir? Günahı ilk növbədə özümüzdə axtaraq. Sakit oturanda problem həll olunmur, bir-birinin üzərinə yığılır. Bizim gələcək nəslimiz çox böyük təhlükə altındadır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv