Stubbun sülh danışıqlarında gözlənilməz gizli rolu aşkara çıxdı

Stubbun sülh danışıqlarında gözlənilməz gizli rolu aşkara çıxdı






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Avto, #Bakı, #Berlində, #Donald Tramp, #Finlandiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ və Ukraynanın Berlində keçirdikləri sülh danışıqlarında vasitəçi-diplomat missiyasını icra edir.

presstvaz Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, A.Stubb tərəflərin mövqelərini razılaşdırmaq üçün sözün həqiqi mənasında “hotellərin arasında qalıb”.

Finlandiya liderinin qrafikində bir dəqiqə boş vaxt yoxdur. Səhər 9:16-da (Bakı vaxtı ilə 12:16) A.Stubb ABŞ nümayəndə heyətinin yerləşdiyi dəbdəbəli “Adlon” hotelinin lobbisini tərk edib, Almaniya Xarici İşlər Nazirliyinin xidməti avtomobilində 600 metr aralıya, Ukrayna Prezidenti Volodimir Zelenskinin qaldığı “Marriott” hotelinə gedib. Ukrayna liderinin yanında təxminən bir saat vaxt keçirdikdən sonra saat 10:16-da yenidən “Adlon”a qayıdıb ki, nəticələri amerikalılara çatdırsın.

Vasitəçi rolu üçün A.Stubbun seçilməsi təsadüfi deyil. “Bild” onun ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərinin olduğunu yazır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv