ABŞ və Ukrayna arasında danışıqların ikinci raundu BAŞA ÇATDI

ABŞ və Ukrayna arasında danışıqların ikinci raundu BAŞA ÇATDI






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Berlində, #Donald Tramp, #Kiyev, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başa çatıb.

presstvaz “5 kanal”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər 20 bənddən ibarət sülh planını müzakirə ediblər. Ukrayna KİV-lərinin bildirdiyinə görə, görüş iki saata yaxın davam edib.

ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner daxildir. Ukrayna tərəfini Ukrayna Prezidenti Volodimir Zelenski, Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.

Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başlayıb.

presstvaz xəbər verir ki, məlumatı “The Guardian” yayıb.

Görüşdə Ukrayna tərəfinə Prezident Volodimir Zelenski, ABŞ təmsilçilərinə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edirlər.

Məlumata görə, Avropa liderləri daha sonra Kiyevlə həmrəy olduqlarını bildirmək üçün Volodimir Zelenskiyə qoşulacaqlar. Yeddi Avropa liderinin, Avropa İttifaqı və NATO nümayəndələrinin qatılacağı görüş Aİ sammitindən bir neçə gün əvvəl keçiriləcək və burada Ukraynanın dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsi məsələsi müzakirə olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv