Paşinyan seçim qarşısında: Separatçıların “nümayəndəliyi”nin bəslənməsi öhdəliklərin pozulmasıdır

Paşinyan seçim qarşısında: Separatçıların “nümayəndəliyi”nin bəslənməsi öhdəliklərin pozulmasıdır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Cinayət işi, #Ermənistan, #Hakim, #İrəvan, #Nikol Paşinyan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi” ilin sonuna qədər bağlana və ya müsadirə oluna bilər. Onların həbsləri də istisna edilmir. Ermənistan İstintaq Komitəsi müvafiq cinayət işi üzrə zəruri tədbirlərin görüldüyünü bildirib. Hətta Qarabağdakı keçmiş qondarma rejimin “nümayəndəliyi” hesab olunan ofisdə axtarışlar da aparılıb. Komitə bu əməliyyatın “cinayət işi çərçivəsində zəruri istintaq tədbirləri” olduğunu təsdiqləyib, lakin konkret səbəblər barədə məlumat verməyib. Bu baxımdan “şeytan yuvası”nın bağlanacağı ilə bağlı müzakirələr növbəti dəfə intensivləşib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da separatçıların binasının müsadirəsi barədə danışarkən, “ölkə ərazisində ikinci dövlətin olmayacağını” bildirmişdi. Həmin ərəfədə isə Ermənistan Baş Prokurorluğu bu binanın mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə Kadastr Komitəsinə qarşı məhkəmə iddiası qaldırmışdı. Lakin məsələnin əsas tərəfi separatçıların Ermənistandakı mövcudluqlarını hələ də davam etdirməsi və bunun sülhə hüquqi və siyasi təhdidlər yaratması ilə bağlıdır.

Paşinyan seçim qarşısında: Separatçıların nümayəndəliyinin bəslənməsi öhdəliklərin pozulmasıdır

Xatırlatmaq yerinə düşər ki, cari ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında 17 maddədən ibarət olan sazişə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini, sərhədlərin toxunulmazlığını, siyasi müstəqilliyini tanıyıb, indi və gələcəkdə ərazi iddialarının olmadığını təsdiqləyib. Həmçinin bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verilməyəcəyi öhdəliyini götürüblər. Bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini şərtləndirir. Eyni zamanda, tərəflər separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər. Beləliklə, Azərbaycan ərazilərində erməni separatizminin yenidən baş qaldırma riskinin olmadığını, Qarabağda separatizmin kökünün birdəfəlik kəsildiyini təsdiqləyir.

Paşinyan seçim qarşısında: Separatçıların nümayəndəliyinin bəslənməsi öhdəliklərin pozulmasıdır

Bəs, belə olan halda, separatçıların ofisinin İrəvanda fəaliyyət göstərməsi, Ermənistan Konstitusiyasından isə ərazi iddialarını ehtiva edən maddələrin çıxarılmaması sülh üçün əngəl yaratmırmı?

İstənilən halda qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasının, torpaq iddialarından imtinanın, separatizmə dəstəyin qadağan olunmasının fonunda separatçıların ofisinin İrəvanda fəaliyyət göstərməsi həm dolayısı ilə onlara “legitimlik” yaradır, həm Paşinyan hər nə qədər də “ölkə ərazisində ikinci dövlətin olmayacaq” desə də, “ikinci subyekt” təəssüratı formalaşdırır, həm də Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Təbii ki, bu da haqlı olaraq sual yaradır ki, əgər separatizm bitibsə, niyə onun siyasi infrastrukturu fəaliyyətini davam etdirir? Halbuki, sülh və sabitlik yalnız sənəd üzərində deyil, həm də etimad quruculuğu ilə möhkəmlənir, təsdiqini, əsasını tapır. Bu strukturun mövcudluğu isə etimadı zəiflədir, sülh sazişinin yubanmasına səbəb olur, regional əməkdaşlıq istiqamətində ilkin addımlarına xələl gətirir.

Revanşizmdən qidalanan separatçıların fəaliyyətinin Paşinyan hökumətinə təhlükəsi

O da sirr deyil ki, Ermənistanda revanşist qüvvələr bir-birinə dəstək verir, bu, müxalifət tərəfindən Paşinyan hakimiyyətinə qarşı təzyiq alətinə çevrilir. Digər tərəfdən Ermənistan ərazisində separatçı qurumun fəaliyyətinə göz yumulması beynəlxalq hüquqda dövlətin məsuliyyəti məsələsini gündəmə gətirir. Nümunə olaraq, 1970-ci ildə imzalanan “Dövlətlərin dostluq və əməkdaşlığı haqqında BMT Deklarasiyası”nı göstərə bilərik ki, bu anlaşma dövlətlərin suveren bərabərliyi və daxili işlərinə müdaxilə etməmə prinsipi, separatçıları dəstəkləyən xarici müdaxiləni qadağan edir. Həmçinin, 1999-cu il tarixli “Terrorizmə qarşı mübarizə haqqında” qanun separatçı qrupların zorakı fəaliyyətlərini terrorizm kimi qiymətləndirilir. Bu konvensiyalar onların maliyyələşməsi, silahlanması və beynəlxalq əlaqələrini hədəf alır.

Bununla yanaşı, 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda qəbul edilmiş dörd konvensiyanın tələbləri də separatçılar tərəfindən pozulub.

Paşinyan seçim qarşısında: Separatçıların nümayəndəliyinin bəslənməsi öhdəliklərin pozulmasıdır

Onu da xatırladaq ki, elə həmin beynəlxalq hüquq Azərbaycan torpaqları işğal altında qalanda, azərbaycanlılar soyqırımı ilə üzləşəndə bu dəhşətli proseslərə lazımi qiymət verməyib.

Nəticədə ölkəmiz beynəlxalq hüququ öz gücü hesabına təmin edib. Azərbaycan Qarabağda separatizmi də birdəfəlik bitirib. Bu baxımdan, onun hansısa ölkədə, xüsusən də Ermənistanda heç bir fəaliyyəti olmamalıdır. İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edərək, keçmiş qondarma rejimin tör-töküntülərinə qarşı hüquqi addım atılmalıdır. Çünki separatçı ofisin fəaliyyətdə qalması və konstitusiyada ərazi iddialarının saxlanması sülh prosesini texniki yox, siyasi baxımdan risk altına salır, inam və etimadı zəiflədir. Ona görə də ofisin bağlanması və ya müsadirəsi, separatçı fəaliyyətin hüquqi qiymət alması, konstitusiyanın sülh sazişinə uyğunlaşdırılması həm Azərbaycanın, həm də Ermənistanın uzunmüddətli təhlükəsizliyi və sabitliyi üçün vacib addımlardır.

Bakı ilə hansı məsləhətləşmələr aparılmalıdır?

Sülh sazişinin real icrası üçün Ermənistan bu məsələdə Azərbaycanla məsləhətləşmələr aparmalı, xüsusilə separatçı strukturların tam ləğvi ilə bağlı görülən tədbirlər barədə Bakıya rəsmi məlumat verilməlidir. Ermənistan ərazisindən Azərbaycana qarşı yönəlmiş hər hansı siyasi və ideoloji fəaliyyətin qarşısının alındığına dair hüquqi təminatlar təqdim edilməli, konstitusiya dəyişikliklərinin yol xəritəsi diplomatik kanallar vasitəsilə müzakirə olunmalıdır. Bu cür məsləhətləşmələr sülh sazişinin kağız üzərində deyil, real siyasi praktikada işlədiyini göstərən mühüm amil ola bilər. Çünki rəsmi Bakının mövqeyi prinsipial və dəyişməzdir: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Qarabağda separatizmə birdəfəlik son qoyulub. Bu mövqe yalnız hərbi-siyasi reallıqlara deyil, beynəlxalq hüquqa əsaslanır. Azərbaycan üçün Ermənistan ərazisində separatçı strukturların fəaliyyət göstərməsi qəbuledilməzdir və bu, sülh prosesinə birbaşa təhdid kimi qiymətləndirilir. Ona görə də İrəvan imzaladığı sazişin tələblərinə uyğun olaraq separatizmlə bağlı bütün hüquqi və siyasi bağlarını qoparmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv