Nazir müavini: “Gələcək üçün milli-mənəvi dəyərlərə sahib gənclər formalaşdırmaq lazımdır”

Nazir müavini: “Gələcək üçün milli-mənəvi dəyərlərə sahib gənclər formalaşdırmaq lazımdır”






presstv

"Presstv"az #Audi, #Orta məktəb, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Təhsilin əsas məqsədi təlim prosesində uşaqlara mənəvi-əxlaqi dəyərlərin aşılanması olmalıdır”.

presstvaz xəbər verir ki, bunu “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O qeyd edib ki, gələcək üçün milli-mənəvi dəyərlərə sahib gənclər formalaşdırmaq lazımdır:

“Ölkəmizin müasir inkişaf dövründə dini məsələlər çox aktualdır. Gəncləri elə hazırlamalıyıq ki, onlar gələcəkdə dövlətimizin uğurlu inkişafına töhfə versinlər.

Onlarda milli-mənəvi dəyərlərin formalaşması çox önəmlidir. Bu gün uşaqları necə formalaşdıracağıqsa, xalqın formalaşması ondan asılı olacaq. Bunun üçün də təhsilin rolu danılmazdır. Biz bunu dərk edirik. Dini düzgün təbliğ etmək, gənclərə milli-mənəvi dəyərləri aşılamaq lazımdır”.

Nazir müavinin sözlərinə görə, müasir texnologiyaların həm müsbət, həm də mənfi təsirləri var:

“Müasir texnologiyalar bir tərəfdən insan kapitalının formalaşmasına müsbət təsir edir. O biri tərəfdən məlumatların əldə edilməsi təhsil alanların dünya görüşünü zənginləşdirir, digər tərəfdən isə kontent yerləşdirənlər məqsədli şəkildə gəncləri fanatizmə, xurafata yönəltmək istəyirlər. Buna görə də orta məktəblərdə dini komponentə diqqət yetirilir. “Həyat bilgisi”, “Tarix” kimi fənlərdə buna diqqət yetirilir. Ali təhsil müəssisələrində isə “Fəlsəfə” və s. kimi fənlərdə bunlar nəzərə alınır. Bu fənlərdə dini komponentə diqqət edilməsi yaxşıdır, lakin müəllimlər çalışmalıdır ki, digər fənlərdə də dini komponentləri nəzərə alsınlar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv