“Mən kreslodan yapışmıram”

“Mən kreslodan yapışmıram”






presstv

"Presstv"az #ABŞ, #Hadisə, #Jurnalistlər, #Prezident Administrasiyası, #Rusiya, #Ukrayna, #Vəzifə, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, vəzifəsindən yapışmır və hesab edir ki, dövlət hadisələrin istənilən inkişafına, o cümlədən təhlükəsizlik vəziyyəti imkan verərsə, seçkilərin keçirilməsinə hazır olmalıdır.

presstvaz xəbər verir ki, o, bunu media konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Zelenski təsdiqləyib ki, seçkilərin mümkün keçirilməsi ilə bağlı siqnallar Amerika Birləşmiş Ştatlarından, o cümlədən ABŞ prezidenti səviyyəsində daxil olub. Bununla yanaşı, o, Rusiyadan da oxşar siqnalların gəlib-gəlmədiyi barədə şərh verməkdən çəkinib.

"Ən vacib məqam odur ki, mən kreslodan yapışmıram. Mən hesab edirəm ki, Ukrayna hadisələrin istənilən inkişafına hazır olmalıdır", – deyə prezident vurğulayıb.

O qeyd edib ki, seçkilər keçiriləcəyi təqdirdə təhlükəsizliyin təmin olunması üçün beynəlxalq tərəfdaşlara müraciət edib. Həmçinin Zelenski xalq deputatlarına vəziyyət imkan verərsə, seçki prosesinin təşkili üçün mümkün mexanizmləri hazırlamaq tapşırığı verib.

Onun sözlərinə görə, müvafiq variantlar yaxın vaxtlarda hazırlanmalıdır ki, belə bir qərar qəbul ediləcəyi halda dövlətin aydın fəaliyyət planı olsun.

Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bildirmişdi ki, Prezident Administrasiyasının yeni rəhbərinin müəyyənləşdirilməsi prosesi o qədər çox təklif, müzakirə və təzyiqlə müşayiət olunur ki, bəzən konkret bir şəxsi vəzifəyə təyin etməkdənsə Prezident Administrasiyasını ləğv etmək daha asan görünür. /APA 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv