Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”ı böyük hesabla məğlub etdi

Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”ı böyük hesabla məğlub etdi






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Futbol, #Hakim, #Premyer Liqası, #Qəbələ, #Şamaxı, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının XV turunda “Qarabağ” evdə “Araz-Naxçıvan”ı məğlub edib.

presstvaz xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Toral Bayramov (30, 90+5-ci dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.

Naxçıvan komandasında isə Ramon Maçado (76-cı dəqiqə, penalti) rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra “Qarabağ 33 xalla turnir cədvəlinə liderlik edir. 23 xala malik “Araz-Naxçıvan” isə 6-cı yerdədir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Şamaxı” “Zirə”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:1), “Kəpəz” isə “Qəbələ”ni (1:0) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.

Misli Premyer Liqasının XV turunda daha bir görüş baş tutub.

presstvaz bildirir ki, “Kəpəz” “Qəbələ” ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionunda keçirilən görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu rəqib qapısından 54-cü dəqiqədə yaponiyalı futbolçu Ryonosuke Ohori keçirib.

Bu nəticədən sonra xallarının sayını 9-a yüksəldən “Kəpəz” turnir cədvəlinin 10-cu pilləsində yer alıb. “Qəbələ” isə 8 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Şamaxı” “Zirə”ni (2:1), “Sabah” isə “Turan Tovuz”u (3:1) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.

Bu gün Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.

presstvaz xəbər verir ki, günün açılış qarşılaşmasında “Kəpəz” “Qəbələ”ni qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.

Günün ikinci oyununda isə “Qarabağ” klubu öz meydanında “Araz-Naxçıvan” komandası ilə üz-üzə gələcək.

“Azersun Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

Misli Premyer Liqası

XV tur

14 dekabr

14:00. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

VAR: Cavid Cəlilov

AVAR: Emin Əliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Yevlax şəhər stadionu

17:30. “Qarabağ” – “Araz-Naxçıvan”

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

“Azersun Arena”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv