Amerikalı restlinq ulduzu Con Sina karyerasını başa vurdu

Amerikalı restlinq ulduzu Con Sina karyerasını başa vurdu






presstv

"Presstv"az #Aktyor, #Audi, #Ayaqqabı, #Dollar, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

48 yaşlı amerikalı peşəkar güləşçi (restler) və kino aktyoru Con Sina “World Wrestling Entertainment” (WWE) üçün son görüşündə iştirak edib.

presstvaz xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən turnirdə o, qarşılaşmasında Günterə məğlub olub.

Döyüşdən sonra Sina tamaşaçılarla vidalaşıb və karyerasını bitirməsinin əlaməti olaraq ayaqqabılarını rinqdə qoyub.

Qeyd edək ki, Sina 1998-ci ildə restlinq karyerasına başlayıb və 2002-ci ildə WWE çərçivəsində televiziya debütünü edib. Karyerası ərzində o, 17 titulla rekord qırıb.

Sina, həmçinin 2000-ci illərin ortalarında aktyorluq karyerasına da başlayıb. Onun rol aldığı məşhur filmlər arasında “Jarhead”, “Suicide Squad”, “Fast & Furious” filminin 9 və 10-cu hissələri də var.

“Forbes” jurnalının məlumatına görə, Sina 2024-cü ildə 23 milyon dollar gəlirlə dünyanın ən çox qazanan 16-cı aktyoru olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv