İllərin qəzalı binaları tarixə qovuşur: Sumqayıtda böyük söküntü BAŞLAYIR

İllərin qəzalı binaları tarixə qovuşur: Sumqayıtda böyük söküntü BAŞLAYIR






presstv

"Presstv"az #Audi, #Fövqəladə Hallar Nazirliyi (FHN), #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt şəhərində uzun müddətdir qəzalı vəziyyətdə olan, “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binalarının söküntüsünə başlanılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ərazidə söküntü işləri aparılır.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda söküntü işləri xüsusi texnikanın köməyi və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli şəkildə sökülməsinə başlayıblar.

Bildirilib ki, yeni layihə Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçiriləcək və ərazinin sosial infrastrukturunun yenilənməsinə mühüm töhfə verəcək. Aparılan işlər sakinlər tərəfindən də müsbət qarşılanır.

Layihə çərçivəsində yeni yaşayış binalarının inşası ilə yanaşı, abadlıq işlərinin aparılması, uşaq oyun meydançalarının, park zonalarının, parkinq sahələrinin və ictimai istifadə üçün nəzərdə tutulan digər obyektlərin yaradılması planlaşdırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu proses şəhərin bir neçə yaşayış massivində – 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də oxşar işlərin aparılması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv