“Real Madrid”in hüquqşünasları “Barselona”nın prezidentini sorğu-sual ediblər

“Real Madrid”in hüquqşünasları “Barselona”nın prezidentini sorğu-sual ediblər






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Futbol, #Hakim, #İspaniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in özəl ittihamçı kimi Neqreyra işində iştirak edən hüquqşünasları məhkəmə dinləməsi zamanı “Barselona”nın prezidenti Xuan Laportanı sorğu-sual ediblər.

presstvaz “AS” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun hüquqşünasları Laportadan hakimlərin texniki komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Maria Neqreyraya ödənişlərin 800% artırılmasının səbəbləri, Neqreyranın oğlunun kataloniyalılar üçün açıqlanmamış hakimlər haqqında hesabatların hazırlanmasında iştirakı barədə soruşublar.

Bundan başqa, “Real Madrid”in hüquqşünasları “Barselona”nın niyə ödənişləri vergi orqanlarından və onların ilkin mənbəyini gizlətməsi ilə maraqlanıblar.

Xatırladaq ki, 2023-cü ildə “Barselona”ya İspaniya Kral Futbol Federasiyasında (RFEF) işləyən Neqreyraya ödənişlərlə bağlı rüşvətxorluqda ittihamlar irəli sürülmüşdü.

“Barselona” 2001-2018-ci illər arasında təxminən 8.4 milyon avro məbləğində bu ödənişləri həyata keçirməkdə ittiham olunurdu.

Kataloniya klubunun versiyasına görə, Neqreyra hakimlik haqqında texniki hesabatlar hazırlamaq üçün xarici məsləhətçi kimi işə götürülmüşdü. CTA-nın keçmiş vitse-prezidenti hakimlərə təsir göstərmək məqsədilə rüşvət aldığını inkar edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv