Azərbaycan Vəkillər Kollegiyasının nümayəndə heyəti Rumıniyada rəsmi səfərdə olub

Azərbaycan Vəkillər Kollegiyasının nümayəndə heyəti Rumıniyada rəsmi səfərdə olub






Rəşad Cəfərli

"Presstv"az #Anar Bağırov, #Audi, #Azərbaycan, #Azərbaycan Respublikası Vəkillər Kollegiyası, #Heydər Əliyev, #Rəşad CƏFƏRLİ, #Vəkillər Kollegiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Azərbaycan–Rumıniya hüquqi əlaqələrinin inkişafında səfirliyin rolu vurğulanıb
       presstvaz  məqaləni təqdim edir

presstvaz xəbər verir ki, Rumıniya Vəkillər Kollegiyasının (RVK) rəsmi dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun (Anar Baghirov) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib.

       Ziyarət çərçivəsində nümayəndə heyəti səfirliyin kollektivi ilə görüş keçirib, diplomatik nümayəndəliyin fəaliyyəti və iş şəraiti ilə yaxından tanış olub. Görüş zamanı iki ölkə arasında hüquq və vəkillik sahəsində mövcud əməkdaşlıq, eləcə də gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov (Gudsi Osmanov) nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, bu cür səfərlərin Azərbaycan–Rumıniya münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. Səfir son illər iki ölkə arasında siyasi, iqtisadi və hüquqi sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb və hüquq sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əlaqələrin genişləndirilməsinə və bu istiqamətdə zəruri dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb.


Vəkillik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

       VK sədri Anar Bağırov çıxışında göstərilən dəvətə və səmimi qəbula görə minnətdarlığını ifadə edib. O bildirib ki, Rumıniyaya səfərin əsas məqsədi iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsidir.

Anar Bağırov Azərbaycanda son illər məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlardan bəhs edib, vəkillik fəaliyyətinin davamlı inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, vəkillik institutunun müstəqilliyinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

       VK sədri müstəqil Azərbaycanın Konstitusiyasının məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını xatırladaraq, bu fundamental hüquqi sənədin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda müstəsna rol oynadığını xüsusi vurğulayıb.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib, tərəflər gələcəkdə hüquq və vəkillik sahəsində birgə təşəbbüslərin reallaşdırılmasının vacibliyini qeyd ediblər.

Rəşad CƏFƏRLİ,

 Presstv.az – Azərbaycan xəbər portalı

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.