ABŞ prezidentinin xüsusi nümayəndəsi Avropa liderləri və Zelenski ilə görüşəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Avropa liderləri və Zelenski ilə görüşəcək






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Almaniya, #Audi, #Avropa, #Berlində, #Böyük Britaniy, #Böyük Britaniya, #Emmanuel Makron, #Fransa, #Kiyev, #Ukrayna, #Vaşinqton, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftəsonu Berlində Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

presstvaz xəbər verir ki, bu barədə “The Wall Street Journal” özəl mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Ağ Ev rəsmisi dekabrın 14-15-də Böyük Britaniya, Almaniya və Fransadan olan nümayəndələrlə müzakirə aparacaq.

Nəşr qeyd edir ki, Uitkoffu Berlinə göndərmək qərarı ABŞ Administrasiyasının Vaşinqton və Kiyev arasında sülh müqaviləsinin şərtləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq istəyini nümayiş etdirir.

Görüşlərdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts və onların müşavirlərinin iştirakı gözlənilir.

Xəbərdə o da vurğulanıb ki, daha əvvəl Avropa liderləri ABŞ-ın sülh planı ilə bağlı müzakirələri Trampın özü ilə aparmaq istəyirdilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv