Astarada sərxoş kişi arvadını odun parçası ilə döydü

Astarada sərxoş kişi arvadını odun parçası ilə döydü






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Astarada kişi həyat yoldaşını odun parçası ilə döyüb.

presstvaz-ın məlumatına görə, hadisə rayonun Şüvi kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Elçin Dadaşov mütəmadi olaraq spirtli içki qəbul edərək yaşadığı evə gəlib. Bu səbəbdən onunla həyat yoldaşı arasında tez-tez mübahisələr yaranıb.

Bir müddət əvvəl E.Dadaşov yenidən kənd ərazisində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşından yemək istəyib. Həyat yoldaşı isə onun növbəti dəfə spirtli içki qəbul etməsinə etiraz edərək yemək verməyib. Nəticədə, cütlük arasında mübahisə yaranıb.

E.Dadaşov evdə sobanın yanında yığılmış odun parçasını götürərək həyat yoldaşına zərbələr endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və E.Dadaşov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Astara Rayon Məhkəməsində tərəflər arasında barışıq əldə olunub, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv