Yasamalda təkrarlanan problem: Su xətti yenidən partladı

Yasamalda təkrarlanan problem: Su xətti yenidən partladı






presstv

"Presstv"az #Audi, #Hadisə, #Yasamal Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Yasamal rayonu, Parlament prospekti, 4 ünvanında yerləşən yaşayış binasının həyətində su xəttində qəza baş verib. Qəza nəticəsində içməli su sürətlə ətrafa yayılıb.

Məlumata görə, partlayan xətt məhz əhaliyə su ötürən əsas xətdir. Sakinlər də bildiriblər ki, qəzanın baş verdiyi ərazidə su gur şəkildə axır:

“Əhaliyə gedən su xəttidir. Bizdə hazırda su gəlir”.

Qəza səbəbindən axan su ətrafa yayılaraq, bəzi fərdi yaşayış evlərinə daxil olmağı çətinləşdirib.

Sakinlər problemin ilk dəfə yaşanmadığını və vaxtaşırı təkrarlandığını vurğulayırlar:

“Bu, ilk dəfə deyil. Düzəldirlər, amma yenə də eyni vəziyyət olur. Maşınlar onun üzərindən keçəndə xətt yenidən partlayır”.

Hazırda “Azərsu” ASC-nin əməkdaşları hadisə yerinə cəlb olunub və qəzanın aradan qaldırılması istiqamətində işlərə başlayıblar.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv