Ermənistan Zod qızıl yatağında qazıntı və istismar işləri aparmayıb

Ermənistan Zod qızıl yatağında qazıntı və istismar işləri aparmayıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Nəqliyyat, #Qəbələ, #Şahin Mustafayev, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zod qızıl yatağına baxış orada Ermənistan tərəfindən hər hansı bir qazıntı və istismar işlərinin aparılmadığını göstərib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bundan əvvəl Azərbaycan tərəfində həmin yataqda Ermənistanın qazıntı və istismarı davam etdirməsi ilə bağlı narahatlıq olub.

Əraziyə keçirilən baxış həmin ərazidə hər hansı işin aparılmadığını göstərib və bununla da bütün şübhələr aradan qalxıb.

Xatırladaq ki, noyabrın 28-də Qəbələdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

Müzakirə olunan məsələlər sırasında Zod qızıl yatağına baxış keçirilməsi razılaşdırılıb. Məlum olduğu kimi, Kəlbəcərin işğal altında olduğu dövrdə Zod yatağı ermənilər tərəfindən istismar olunub. Hələ SSRİ dövründən başlayaraq bütün qazma işləri Ermənistan ərazisindən aparılmışdı.

Qeyd edək ki, Zod yatağının yerləşdiyi ərazidə ağır iqlim şəraiti mövcuddur. Hazırda orada Azərbaycan tərəfindən nəqliyyat və logistika infrastrukturu yaradılır. İşlər başa çatdıqdan sonra “AzerGold” QSC tərəfindən istismar prosesinə başlanacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv