Rusiyanın Xəzərdəki neft platforması ilk dəfə VURULUB

Rusiyanın Xəzərdəki neft platforması ilk dəfə VURULUB






presstv

"Presstv"az #Lukoil, #Rusiya, #Ukrayna, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərbə endirib. 

presstvaz xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus dronlar Lukoil-Nijnevoljskneft şirkətinin “Filanovski” neft platformasını hədəfə alıb.

Bu hücum Ukraynanın Xəzər dənizindəki Rusiya enerji infrastrukturuna ilk zərbəsi kimi qiymətləndirilir. Mənbələrin məlumatına əsasən, platforma ardıcıl ən azı dörd dəqiq zərbə alıb.

Zərbələr nəticəsində platformanın fəaliyyəti dərhal dayandırılıb, xidmət etdiyi 20-dən çox quyuda neft və qaz hasilatı kəsilib.

Qeyd edək ki, “Filanovski” yatağı Xəzərin Rusiya sektorunda aşkarlanmış ən böyük yataqlardan biri sayılır. Onun ehtiyatlarının 129 milyon ton neft və 30 milyard kubmetr qaz təşkil etdiyi bildirilir. Burada hasil olunan enerji resursları Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə xarici bazarlara ixrac olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv