Ukrayna Xəzər dənizində Rusiyanın neft hasilatı platformasına zərbə endirib

Ukrayna Xəzər dənizində Rusiyanın neft hasilatı platformasına zərbə endirib






presstv

"Presstv"az #Audi, #Həştərxan, #Lukoil, #Rusiya, #Ukrayna, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna “LUKOIL” şirkətinin Xəzər dənizindəki Filanovski yatağında neft hasilatı platformasına PUA (pilotsuz uçuş aparatı) zərbəsi endirib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış olan mənbəyə, Ukrayna KİV isə xüsusi xidmətlərdəki mənbələrə istinadən məlumat verib.

Mənbələrin sözlərinə görə, zərbələr Ukrayna Təhlükəsizlik Xidmətinin bölməsi tərəfindən həyata keçirilib. Mənbələr iddia edirlər ki, platformaya ən azı dörd zərbənin endirildiyi qeydə alınıb və bu da 20 quyudan neft daxil olmasının dayanmasına gətirib çıxarıb.

KİV qeyd edir ki, Ukrayna ilk dəfədir, Xəzər dənizindəki neft hasilatı obyektinə zərbə endirib. Platformanın məhz nə vaxt hücuma məruz qaldığı isə dəqiq deyilmir.

Rusiya tərəfi hələ ki bu məlumatla bağlı şərh verməyib.

Filanovski yatağı “LUKOIL” şirkəti tərəfindən 2005-ci ildə açılıb. Xəzər dənizi akvatoriyasının şimal hissəsində, Həştərxandan 220 kilometr məsafədə yerləşir. Şirkətin məlumatına görə, yataqda neft hasilatının layihə səviyyəsi ildə altı milyon ton təşkil edir və bu da, “Bloomberg”in qeyd etdiyi kimi, gündə təxminən 120 000 barelə bərabərdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv