Azıx mağarasında tapılmış nümunələr Almaniya, Norveç və Danimarkaya göndərilib

Azıx mağarasında tapılmış nümunələr Almaniya, Norveç və Danimarkaya göndərilib






presstv

"Presstv"az #Almaniya, #Arxeoloji qazıntılar, #Audi, #Azərbaycan, #Danimarka, #Norveç, #Qazax, #Şəmkir

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azıx mağarasındakı arxeoloji qazıntılar zamanı tapılan 100 kiloqramdan artıq çəkidə 300-dən çox nümunə təhlil üçün götürülərək Almaniya, Norveç və Danimarkaya göndərilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, mağarada aparılan tədqiqatların əsas məqsədi, təxminən, 15 metrlik çöküntülərin stratiqrafiyasını dəqiqləşdirmək, bütün təbəqələrdən müxtəlif üsullarla nümunələr və çöküntülərin təhlili üçün biomarkerlər götürmək olub.

Eyni zamanda, vurğulanıb ki, bu il Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki arxeoloji qazıntılar Ceyrançölün Yovşanlıdərə adlanan hissəsində reallaşdırılıb:

“Tədqiqatlar zamanı qoruq ərazisində ilk dəfə Orta Tunc dövrünə aid kurqan aşkar edilib. Bu da ərazidə kurqan dəfnlərinin Orta Tunc dövründən icra edilməyə başladığını sübut edib. Bundan başqa, Şəmkirdəki Baydar kurqanlarında aparılan arxeoloji qazıntılar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid fərqli struktura malik qəbir abidələri və təkrar dəfnlərin icra olunduğu bütöv nekropol aşkarlanıb. Bu tip dəfnlər Gəncə-Qazax bölgəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid nekropolların bəzilərində müşayiət olunsa da, Baydar nekropolunda ilk dəfə olaraq belə dəfn adətinin həyata keçirildiyi bütöv məzarlıq aşkar edilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv