Əhalinin gəlirlərinin yarısı ərzaq məhsullarına xərclənir

Əhalinin gəlirlərinin yarısı ərzaq məhsullarına xərclənir






presstv

"Presstv"az #Audi, #Avto, #Ayaqqabı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-noyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571.3 milyon manatlıq məhsul satılıb. Bu məbləğin 31 milyard 937.1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634.2 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib.

presstvaz Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz artıb. Artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.2 faiz, qeyri-ərzaq mallarında isə 6.7 faiz olub.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50.4 faizi ərzaq məhsullarının, 4.1 faizi içkilər və tütün məmulatlarının, 14.9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına yönəlib. Bundan əlavə, xərclərin 6 faizi avtomobil benzini və dizel yanacağına, 4.8 faizi elektrik malları və mebellərə, 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1.4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına sərf edilib. Qalan 16 faiz isə digər qeyri-ərzaq mallarının payına düşüb.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri real ifadədə 3.7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99.8 faizini təşkil edib.

2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 7 faiz, fərdi sahibkarlar üzrə 1.2 faiz, bazar və yarmarkalar üzrə isə 4.8 faiz yüksəlib.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519.9 manatlıq məhsul alıb. Bunun 283.5 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 236.4 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv