Şərurda kardioloji aparat olmadığı üçün infarkt keçirən xəstələr YOLDA ÖLÜRLƏR? – Nazirlik sorğudan YAYINDI

Şərurda kardioloji aparat olmadığı üçün infarkt keçirən xəstələr YOLDA ÖLÜRLƏR? – Nazirlik sorğudan YAYINDI






presstv

"Presstv"az #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şərurda infarkt keçirən xəstələrə ilkin tibbi yardımın göstərilmədiyi iddia olunur. Səbəb kimi rayon xəstəxanasında ürək müayinəsi üçün zəruri avadanlıqların işləməməsi göstərilir. Nəticədə xəstələrin 40 kilometr uzaqlıqdakı Naxçıvan Mərkəzi Xəstəxanasına göndərildiyi bildirilir. Bunun isə ağır xəstələrdə gecikmələrə, ciddi fəsadlara və bəzən ölümlərə səbəb olduğu qeyd olunur. Sakinlərin sözlərinə görə, kardioloqların özləri aparatların işləmədiyini vurğulayırlar.

İnfarkt keçirmiş atasını təcili yardımla rayon xəstəxanasına aparan sakin “Gündəlik Naxçıvan”a danışaraq bildirib ki, yardım gecikdiyi üçün atası elə yoldaca dünyasını dəyişib.

presstvaz-ın əməkdaşı məsələ ilə bağlı Naxçıvanın Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan dörd gündür ki, sorğumuza cavab veriləcəyi bildirilsə də, hər dəfə tarix uzadılıb. Nəticə etibarilə, nazirlik sorğumuzu cavabsız qoyub.

Xatırladaq ki, sözügedən xəstəxana ilə bağlı çox sayda şikayət var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv