Çirkli və sınıq avtobuslar: Bakıda sərnişin daşınmasında ciddi problem

Çirkli və sınıq avtobuslar: Bakıda sərnişin daşınmasında ciddi problem






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Bakı, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxt Bakıda sərnişin daşınmasında hələ də köhnə, çirkli, natəmiz və oturacaqları sınıq olan avtobuslardan istifadə edilir. Hər gün yüzlərlə insanın istifadə etdiyi bu nəqliyyat vasitələrinin bərbad vəziyyəti sərnişinlərin ciddi narazılığına səbəb olur.

Sərnişinlər xidmətin keyfiyyəti ilə gediş haqqı arasında uyğunsuzluq olduğunu bildirirlər:

“Çox bərbad vəziyyətdədir. Zibil içindədir, oturacaqların hamısı sınıqdır. Qiymətlər qalxıb, amma marşrutlar bərbad vəziyyətdədir”.

Nəqliyyat eksperti Elməddin Muradlı problemin hələ də aktuallığını qoruduğunu bildirib:

“Çox təəssüf ki, köhnə avtobuslar hələ də xətlərə buraxılır. Bu cür avtobuslara daha çox qəsəbədaxili marşrutlarda rast gəlinir. Mərkəzi küçələrdə isə demək olar ki, yoxdur. Amma yenə də belə avtobusların fəaliyyət göstərməsi narahatlıq yaradır. Ümid edirik ki, yaxın iki-üç il ərzində bu avtobuslar tamamilə xətdən çıxarılacaq”.

Mövzu ilə bağlı daha ətraflı məlumat Baku TV-nin videomaterialında təqdim olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv