Paşinyan Aİ və Aİİ arasında uyğunsuzluq görmür

Paşinyan Aİ və Aİİ arasında uyğunsuzluq görmür






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avrasiya İqtisad, #Avropa, #Avropa İttifaqı (Aİ), #Ermənistan, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Hamburqdan Moskvaya Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün yola düşəcək.

presstvaz Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan Almaniyada rəsmi səfərdə olub və səfər çərçivəsində Almaniya rəhbərliyi ilə görüşlər keçirib.

Baş nazirə Avropa İttifaqı (Aİ) ilə münasibətlərin dərinləşməsi ilə Aİİ strukturlarında iştirakın uyğun olub-olmaması barədə sual ünvanlanıb. Paşinyan bunun arasında ziddiyyət görmədiyini deyib:

“Biz Aİ ilə münasibətləri dərinləşdiririk və buradan Moskvaya uçuram. Burada uyğunsuzluq varmı? Aydındır ki, yoxdur, çünki hər iki proses real şəkildə baş verir. Əgər nə vaxtsa bu proseslərin uyğunsuzluğu açıq şəkildə üzə çıxarsa, onda hansı qərarı verəcəyimiz barədə düşünəcəyik”.

Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının iclası dekabrın 11-də Moskvada keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv