Bu qidaları birlikdə yeməyin – dietoloq təhlükəni açıqladı

Bu qidaları birlikdə yeməyin – dietoloq təhlükəni açıqladı






presstv

"Presstv"az #Qida məhsulları, #Qırmızı ət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Diyetoloqlar bəzi qida məhsullarının birlikdə qəbulunun sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirirlər.

presstvaz xəbər verir ki, endokrinoloq-diyetoloq Mariya Brijanın sözlərinə görə, yanlış qida birləşmələri orqanizmin qida maddələrini mənimsəməsini zəiflədə və hətta narahatlıq yarada bilər.

Mütəxəssis aşağıdakı kombinasiyaların xüsusilə diqqətdə saxlanılmasını tövsiyə edir:

Qırmızı ət + güclü çay və ya qəhvə:
Bu içkilərdə olan tanninlər dəmir ilə həll olunmayan maddələr yaradır və onun sorulmasını xeyli azaldır. Xüsusən qanazlığına meyilli olanlar bu içkiləri 1-1,5 saat sonra qəbul etməlidirlər.

Dəmirlə zəngin qidalar + kalsium mənbələri (süd, pendir):
Kalsium dəmirin mənimsənilməsini zəiflədir. Bu səbəbdən onları eyni yeməkdə birləşdirmək məsləhət görülmür.

İspanaq və turşəng + süd məhsulları:
Bu göyərtilərdəki oksalatlar kalsiumla birləşərək hər iki elementin sorulmasını azaldır və həssas insanlarda böyrəkdaşı riskini artırır.

Kartof + paxlalılar:
Yüksək nişasta ilə paxlalıların birlikdə qəbulu həzmi çətinləşdirir, şişkinlik və ağırlıq yarada bilər.

Meyvə + proteinli və yağlı yeməklər:
Yeməkdən dərhal sonra meyvə yemək fermentasiyaya, şişkinliyə və narahatlığa səbəb ola bilər. Meyvəni əsas yeməkdən 30-40 dəqiqə əvvəl və ya 1,5-2 saat sonra yemək daha uyğundur.

Sadə şəkərlər + yağlar (fast food, şirin çörəklər):
Bu kombinasiyalar mədəaltı vəzə ciddi yük salır, qan şəkərinin kəskin yüksəlişinə səbəb olur və insulin müqaviməti olanlar üçün xüsusilə təhlükəlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv