83 yaşında “TikTok”a girən ulduz – Entoni Hopkins 3-cü arvadı barədə nəyi etiraf etdi?

83 yaşında “TikTok”a girən ulduz – Entoni Hopkins 3-cü arvadı barədə nəyi etiraf etdi?






presstv

"Presstv"az #Aktyor, #Audi, #London, #Müharibə, #Sosial şəbəkələr, #Təhsil, #TikTok, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyanın ən məşhur aktyorlarından biri olan Entoni Hopkins gənclik illərində “böyük uğur qazanmayacaq” deyilsə də, zəhməti və istedadı ilə kino tarixinin əfsanəsinə çevrildi.

1937-ci ildə Uelsdə anadan olan Hopkins disleksiya səbəbindən məktəbdə çətinlik çəkirdi, lakin musiqiyə və sənətə marağı onu yaradıcılığa yönəltdi. Məşhur aktyor Riçard Börtonla təsadüfi tanışlıqdan sonra o, Uels Musiqi və Dram Kollecinə daxil oldu, daha sonra Londonda aktyor təhsilini tamamladı.

Hopkins əvvəlcə Kral Milli Teatrında parladı və “Qışda Aslan”, “Müharibə və Sülh” kimi layihələrlə tanındı. Əsl dünya şöhrətini isə 1991-ci ildə “Quzuların səssizliyi”ndə Hannibal Lekteri canlandıraraq qazandı. Bu rol ona “Oskar” gətirdi.

Sonrakı illərdə o, “Payız əfsanələri”, “Tanış olun, Co Blek”, “Sınıq”, “Ayin” kimi filmlərdə də diqqət çəkdi. 2020-ci ildə isə “Ata” filmindəki güclü performansı ilə 83 yaşında ikinci “Oskar”ını aldı.

Hopkins üç dəfə evlənib. 2003-cü ildən bəri həyat yoldaşı Stella Arroyave onun həyatında sabitlik və dəstək mənbəyidir. O, sosial şəbəkələrdə də aktivdir, paylaşdığı videolarla milyonların sevgisini qazanır.

2025-ci ildə aktyor “Biz bacardıq, insan” adlı memuarının çıxacağını açıqlayıb. O, burada uğura aparan yolundan, səhvlərindən və öyrəndiyi dərslərdən bəhs edir.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv