Cari ilin 11 ayında sənaye istehsalı 57,5 milyard manat olub, qeyri-neft sektoru artım göstərib

Cari ilin 11 ayında sənaye istehsalı 57,5 milyard manat olub, qeyri-neft sektoru artım göstərib






presstv

"Presstv"az #Audi, #Avto, #Ayaqqabı, #Dövlət Statistika Komitəsi, #Qida məhsulları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cari ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 57 milyard 500 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz azdır.

presstvaz Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2.1 faiz azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda 4.8 faiz artım qeydə alınıb.

Sənaye məhsulunun 60.6 faizi mədənçıxarma, 33 faizi emal, 5.4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, bir faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşüb.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4.7 faiz azalaraq geriləmə nümayiş etdirib, əmtəəlik qaz hasilatı isə 1.1 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 94.9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 60.9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 49.9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27.1 faiz artıb. Sektor üzrə rezin və plastik kütlə məmulatlarının istehsalı 13.7 faiz, tütün məmulatlarının istehsalı 13.2 faiz, qida məhsullarının istehsalı 9.8 faiz, neft məhsullarının istehsalı 9.6 faiz, kimya sənayesi məhsullarının istehsalı 8.7 faiz yüksəlib.

Eyni zamanda, içkilərin istehsalı 1.6 faiz, tikinti materiallarının istehsalı 3.4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 4.3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8.6 faiz, maşın və avadanlıqların istehsalı 8.7 faiz, hazır metal məmulatlarının istehsalı 9.7 faiz, mebel istehsalı 10 faiz, elektrik avadanlıqlarının istehsalı 11.2 faiz, poliqrafiya məhsullarının istehsalı 18.7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19.9 faiz, geyim istehsalı 20 faiz, kağız və karton istehsalı 26.2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 33.9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal həcmi 0.9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3.3 faiz artım göstərib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv