Məşhur nəşr ABŞ-nin Ukraynada nizamlanma üzrə planının detallarını açıqladı

Məşhur nəşr ABŞ-nin Ukraynada nizamlanma üzrə planının detallarını açıqladı






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Cənubi Koreya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Ukraynada nizamlanma üzrə planı çərçivəsində Ukraynanın Avropa İttifaqına daxil olması, cəbhə xətti boyunca neytral demilitarizasiya zonasının yaradılması və ərazi məsələsində “Koreya ssenarisi”nin tətbiq edilməsi nəzərdən keçirilir.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Washington Post” (WP) qəzeti danışıqların gedişatı ilə tanış olan ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, danışıqlar paketi üç sənəddən ibarətdir: sülh sazişi, təhlükəsizlik zəmanətləri və Ukrayna iqtisadiyyatının bərpası planı.

Danışıqlarda xüsusilə bütün atəşkəs xətti boyunca geniş demilitarizasiya zonasının yaradılması müzakirə olunur və buna nəzarət Şimali və Cənubi Koreya arasındakı demarkasiya xəttini xatırladan formatda həyata keçiriləcək.

Bundan əlavə, “Koreya ssenarisi” tərəflərin torpaq itkisini və ya qazancını rəsmi olaraq tanımadan ərazi məsələsinin həlli üçün variantlardan biri kimi nəzərdən keçirilir.

Nizamlanma planı, həmçinin Ukraynanın 2027-ci ildə Avropa İttifaqına daxil olmasını, NATO Nizamnaməsinin V maddəsinə bənzər ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının 800 000 hərbçi ilə məhdudlaşdırılmasını, Zaporojye Atom Elektrik Stansiyasının ABŞ-nin nəzarətinə verilməsini, eləcə də Ukrayna iqtisadiyyatının bərpası üçün fondun yaradılmasını nəzərdə tutur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv