Ədliyyə Akademiyasına təyin edilən yeni rektor kimdir? – DOSYE

Ədliyyə Akademiyasına təyin edilən yeni rektor kimdir? – DOSYE






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #elmi tədqiqat, #Hakim, #İlham Əliyev, #Konstitusiya Məhkəməsi, #Məzuniyyət, #Milli Məclis, #Odessa, #Sərəncam, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının rektoru təyin edilib.

presstvaz Rövşən İsmayılovun dosyesini təqdim edir.

O, 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub.

1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Rövşən İsmayılov 1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim, 2006-cı ildən dosenti olub.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü kimi fəaliyyət göstərib.

R.İsmayılov 2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi işinin mövzusu “Azərbaycan Vətəndaşlıq İnstitutu” olub.

1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub.

1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllim işləyib.

2002-ci ilin fevral-iyun aylarında ABŞ-nin İndiana Universitetində elmi məzuniyyətdə olub.

2005-ci ilin yanvar-avqust aylarında Fulbrayt proqramı üzrə ABŞ-nin İndiana Universitetində elmi tədqiqat aparıb.

2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub.

2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv