Bir binada həm parkinq, həm də çıxarış PROBLEMİ – Yasamal sakinlərindən ŞİKAYƏT

Bir binada həm parkinq, həm də çıxarış PROBLEMİ – Yasamal sakinlərindən ŞİKAYƏT






presstv

"Presstv"az #Audi, #Avto, #Yasamal Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Yasamal rayonu, Xiyabani küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri ciddi parkinq problemi ilə üzləşiblər. Sakinlər bildirirlər ki, binanın qarşısındakı ərazidə parklanma ödənişlidir və onların daimi olaraq avtomobil saxlamaq üçün kifayət qədər vəsaitləri yoxdur.

Vətəndaşlar axşam saatlarında vəziyyətin daha da gərginləşdiyini qeyd edirlər:

“Hamı işdən gəlir, yer tapmaq olmur maşın saxlamağa. Bu pullu parkinqi edən insanlar, mühəndislər fikirləşməli idilər ki, bu insanlar harada maşın saxlayacaq”.

Digər bir problem isə sakinlərin mənzillərinin çıxarışı olmadığı üçün qeydiyyata düşə bilməmələridir:

“Biz bu binada yaşamağımıza baxmayaraq, bizim çıxarışımız olmadığına görə qeydiyyata düşə bilmirik. Bunlar da bizdən qanunla tələb edirlər ki, qeydiyyatınız olsun. Bizim müvəqqəti olaraq qeydiyyatımız yoxdur. Biz buradan haraya köçüb getməliyik?”

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv