Süni intellektdən istifadə edən uşaqlarda ciddi risklər üzə çıxdı

Süni intellektdən istifadə edən uşaqlarda ciddi risklər üzə çıxdı






presstv

"Presstv"az #ABŞ, #Psixoloq, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Süni intellekt həm uşaqlar üçün öyrənmə aləti, həm də onların davranışlarını müşahidə edən texnoloji "tərəfdaş"a çevrilib. Mütəxəssislər bildirirlər ki, süni intellekt real istifadəçi davranışlarını, sual tiplərini və ünsiyyət formalarını izləyərək inkişaf edir. Bu prosesdə uşaqlar həm öncül istifadəçilər, həm də sınaq obyektləri rolunu oynayırlar.

presstvaz xəbər verir ki, ABŞ-da aparılan müşahidələr yeniyetmələrin evdə və məktəbdə valideynlərindən daha çox süni intellektə müraciət etdiyini göstərir. Onlar ev tapşırıqlarında, ünsiyyətdə və gündəlik suallarda süni intellektdən  geniş istifadə edirlər.

Tədqiqatlar göstərir ki, süni intellektdən kömək alan şagirdlərin beyin fəallığı azalır və onlar yazdıqları mətnləri daha zəif yadda saxlayırlar. Alimlər bunun uzunmüddətli öyrənmə prosesinə mənfi təsir edə biləcəyini qeyd edirlər.

Süni intellekt uşaqların ev həyatını və əyləncə modelini də dəyişir. Yeniyetmələr arasında "Aİ dostları" sürətlə populyarlaşır. Bəzi uşaqlar şəxsi mövzuları real insanlardan daha çox süni intelleklə bölüşürlər. Bu tendensiya psixoloqlar arasında narahatlıq yaradır.

Bundan başqa, ABŞ-də test mərhələsində olan bəzi süni intellekt oyuncaqlarının uşaqlarla qeyri-münasib dialoqlara girdiyi məlum olub. Bu hallar təhlükəsizlik və etik standartların gücləndirilməsi zərurətini gündəmə gətirib. məhdudiyyətlər hazırlayır


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv