Yeni yol nişanı yaradılır – Brilliant zolağı nədir?

Yeni yol nişanı yaradılır – Brilliant zolağı nədir?






presstv

"Presstv"az #Avropa, #Avto, #avtomobillər, #Fransa, #İspaniya, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropanın bir neçə ölkəsində tətbiq olunmağa başlayan yeni yol nişanı sürücülər arasında geniş müzakirələrə səbəb olub. 

presstvaz xəbər verir ki, forma olaraq "paxlava diliminə" bənzədiyi üçün sosial mediada bu adla məşhurlaşan nişan rəsmi olaraq "Diamond Lane" ( Brilliant zolağı )adlanır və xüsusi hərəkət zolağını göstərir.

Yeni nişanın məqsədi yolların yüklənməsinin azaldılması, ekoloji nəqliyyatın təşviqi və təmiz hava siyasətinin gücləndirilməsidir. Nişanla işarələnmiş zolaqlardan adətən yalnız ən azı iki nəfər sərnişini olan avtomobillər, bəzən isə elektrik nəqliyyat vasitələri, taksilər və müəyyən ictimai xidmət maşınları istifadə edə bilir.

Nişanın tətbiqi ilk olaraq Fransa və İspaniyada sınaqdan keçirilib. Xüsusilə Madrid və Barselona kimi böyük şəhərlərdə istifadəyə verilən bu zolaqlar tıxacın azaldılması və yol hərəkətinin optimallaşdırılması üçün nəzərdə tutulub. 

Ancaq yenilik bir çox sürücünü çaşdırıb – çünki nişan Avropada ənənəvi yol simvollarından fərqli olaraq sırf geometrik formaya əsaslanır və əlavə izah işarəsi olmadan tanınması çətin ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv