Rusiyada “Putin yenidənqurması” – TARİX TƏKRARLANIR?

Rusiyada “Putin yenidənqurması” – TARİX TƏKRARLANIR?






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Avropa, #Əfqanıstan, #Leonid Brejnev, #Müharibə, #Rusiya, #SSRİ, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatının 2030-cu ilə qədər transformasiyasına yönələn struktur islahat proqramının tezliklə həyata keçirilməsinə çağırıb. Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında çıxış edən Putin bəyan edib ki, əsas məqsəd yüksək texnologiyalı sektorlarda yaxşı maaşlı, müasir iş yerləri yaratmaq və Rusiyada istehsal olunan məhsulların istehlakını artırmaqdır. Prezident vurğulayıb ki, iqtisadi artım bütün regionları əhatə etməlidir və ölkə yeni sənaye modelinə keçidi sürətləndirməlidir.

Putinin reallaşdırılmasını sürətləndirməyi tapşırdığı struktur transformasiya planını noyabrda baş nazir Mixail Mişustin elan edib. Layihəyə əsasən, yüksək əlavə dəyərli maşın istehsalı, elektronika, robototexnika, kimya, əczaçılıq, kreativ sənaye, turizm prioritet sahələr kimi müəyyən edilib. Baş nazirin müavini Aleksandr Novakın izahına görə, yeni strategiya federal qurumlar, bölgələr və özəl sektor arasında harmoniya yaratmaqla iqtisadiyyatı daha davamlı artım modelinə çevirməyi hədəfləyir.

İclasda vurğulanan ikinci mövzu iqtisadiyyatın daha da rəsmiləşdirilməsinin zəruriliyi olub.

Rusiyada Putin yenidənqurması – TARİX TƏKRARLANIR?

Görüşdə Putin ölkənin üzləşdiyi demoqrafik böhranın aktuallığından da danışıb. Buna səbəb isə Rusiyada 2017-ci ildən bəri təbii əhali artımının müşahidə olunmaması, doğum nisbətlərinin isə hər il azalmasıdır. Bu baxımdan hökumətə 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan doğum səviyyəsinin artırılması və ailələrin dəstəklənməsinə yönələn kompleks tədbirlər paketini hazırlamaq tapşırılıb.

Məsələnin digər tərəfi isə Vladimir Putinin bundan bir neçə gün əvvəl 2036-cı ilədək dövlətin milli siyasətinin yeni strategiyasını təsdiqləməsidir. Strategiya altı bölmə və 61 bənddən ibarətdir, prezidentin müvafiq fərmanı ilə birlikdə dərc edilib.

Bu, həm də iqtisadiyyatın təcili və təxirəsalınmaz “perestroyka”sı (yenidənqurma) kimi şərh edilib.

Bəs “perestroyka” nədir?

SSRİ-də 1980-ci illərdən etibarən reallaşdırılan iqtisadi və siyasi sistemi yenidən konfiqurasiya və islahat hərəkatı “perestroyka” adlanırdı. Layihə ilk dəfə 1979-cu ildə Leonid Brejnev tərəfindən təqdim olunmuş, Mixail Qorbaçov dövründə də dəstəklənib təşviq edilmişdi. Belə ki, 1980-ci illərin ortalarında SSRİ-nin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yaranmışdı. Maraqlıdır ki, Sovet İttifaqının iflası həm də mühüm xarici səbəblərlə də şərtlənirdi. Belə ki, tətbiq edilən iqtisadi sanksiyalar, ABŞ-nin SSRİ-yə taxıl ixracını dayandırması, İttifaqın isə bu tədbirlərə, xüsusən külli miqdarda vəsait tələb edən yeni proqramlara cavab verməyə imkanının olmaması böhranı dərinləşdirmişdi. Dünya dövlətlərinin mövcud satış və xammal bazarlarını, tranzit imkanlarını yeni real qüvvələrə müvafiq yenidən bölüşdürmək cəhdləri də SSRİ-nin çöküşünü sürətləndirirdi.

Rusiyada Putin yenidənqurması – TARİX TƏKRARLANIR?

Rusiya üçün tarix təkrarlanır?

Qeyd edilənlərin fonunda hazırda Rusiyada baş verənlər tarixin müəyyən mənada təkrarlandığı fikirini formalaşdırır. 1980-ci illərin SSRİ-si kimi, bu gün Rusiya da köhnəlmiş sənaye modeli ilə üz-üzədir. SSRİ-ni çökdürən amillərdən biri ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlər, taxıl embarqosu və silahlanma yarışının yaratdığı yük idisə, bugünkü Rusiya da Avropa İttifaqının (Aİ) sanksiyaları, neft-qaz ixracına qoyulan məhdudiyyətlər, eləcə də texnoloji blokadalarla üz-üzədir.

Müharibənin yaratdığı durğunluq

1979-cu ildə sovet qoşunları Əfqanıstana daxil oldu və müharibə SSRİ üçün siyasi və iqtisadi bataqlığa çevrildi. Bugünkü Rusiya üçün isə bu rolun analoqu Ukrayna müharibəsidir. Müharibə isə büdcə xərclərini artırır, idxal və ixrac logistikasını pozur, ələlxüsus Qərb ilə münasibətləri tamamilə qırır və ölkənin imkanlarını məhdudlaşdırır.

Rusiyada Putin yenidənqurması – TARİX TƏKRARLANIR?

Demoqrafik tənəzzül

SSRİ-nin son dövründə əhali artımı kəskin zəifləyirdi. Rusiya da bu gün ağır demoqrafik böhran yaşayır. Putinin də hökumətə demoqrafik tədbirlər paketi hazırlamaq tapşırığı, əslində, bu təhlükənin real miqyasını göstərir.

Oxşar və fərqli cəhətlər

SSRİ-ni çökdürən əsas amillər iqtisadi sanksiyalar, texnoloji məhdudiyyətlər və geosiyasi təcrid idi. Bu gün Rusiya da eyni problemlərlə üz-üzə qalıb. Lakin fərq ondadır ki, Rusiya bazar iqtisadiyyatına malikdir, SSRİ-də isə planlı iqtisadiyyat mövcud idi. Müasir Rusiya enerjidən böyük gəlir əldə edir, SSRİ isə belə avantaja malik deyildi. Bu gün Rusiya daha çevik siyasi sistem qurub, SSRİ isə son dövrlərdə sürətlə bu çeviklikdən məhrum olmağa doğru gedirdi.

Oxşarlıq isə əsasən, hər iki halda mövcud sistemin məruz qaldığı problemdən əziyyət çəkməsi və məcburi transformasiya zərurətinin yaranmasıdır.

Rusiya üçün gözlənilən nəticə

Görünən odur ki, müəyyən mənada tarix təkrarlanır, amma tam olaraq eyni formada yox. Çünki SSRİ-ni çökməyə aparan proseslərin yeni versiyası bu gün Rusiyada özünü göstərir və müharibə, sanksiyalar da bu prosesləri sürətləndirir. Rusiyanın bu məngənədən necə çıxacağı ilə bağlı sualın cavabı isə rəsmi Moskvanın, regionun və beynəlxalq ictimaiyyətin gələcəkdəki addımlarından asılı olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv