Avropa Komissiyası “Google” servisinə qarşı araşdırmalara başladı

Avropa Komissiyası “Google” servisinə qarşı araşdırmalara başladı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Avropa Komissiyası, #Google, #Mətbuat konfransı, #Süni intellekt, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyası (AK) süni intellekt (Sİ) modellərini gücləndirmək üçün “YouTube” istifadəçilərindən və bir neçə sosial media platformasındakı şəxsi məzmundan istifadə etdiyinə görə “Google”a qarşı araşdırmalara başlayıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəqabət məsələləri üzrə vitse-prezidenti Tereza Ribera bildirib.

“Google” kontent yaradıcılarına ədalətsiz şərtlər tətbiq etməklə axtarış alətləri bazarındakı dominant mövqeyindən sui-istifadə edir. O, öz onlayn kontentindən axtarış sorğusuna süni intellekt tərəfindən yaradılan cavabı – “Sİ İcmalı” xidmətini təqdim etmək üçün istifadə edir”, – Avropa komissarı bildirib.

O, sosial mediada və “YouTube”da kontenti Sİ tərəfindən istifadə edilən istifadəçilərin “heç bir kompensasiya almadıqlarını” vurğulayıb.

Əgər Avropa Komissiyası bu ittihamları Avropa rəqabət qaydalarının pozulması hesab edərsə, “Google” illik qlobal dövriyyəsinin 10%-dək cərimə ilə üzləşə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv