Azərbaycan-Türkiyə HHQ nümayəndələrinin işçi görüşü keçirilib

Azərbaycan-Türkiyə HHQ nümayəndələrinin işçi görüşü keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #Bakı, #Hərbi Hava Qüvvələri, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, qardaş ölkənin nümayəndə heyəti ilə Bakıda işçi görüşü keçirilib.

presstvaz xəbər verir ki, mövcud və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunmuş görüş barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, toplantıda HHQ sahəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi, birgə təlim, təcrübə mübadiləsi, texniki və əməliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Qonaqlara müasir Azərbaycan Ordusunun formalaşması, həyata keçirilən islahatlar və HHQ-nin fəaliyyətindən bəhs edən brifinq təqdim olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv