Şikayətlərə görə işdən çıxarılan keçmiş rəis yeni vəzifəyə təyin olunub

Şikayətlərə görə işdən çıxarılan keçmiş rəis yeni vəzifəyə təyin olunub






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Bioloji Müxtəlifliyin Qorunması Xidməti, #Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, #Meşə, #Muxtar Babayev, #Şamaxı, #Sosial şəbəkələr, #Vəzifə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri olduğu dönəmdə işdən çıxarılan Əfqan Qəribov yeni vəzifəyə təyinat alıb.

presstvaz “Qaynarinfo”ya istinadən xəbər verir ki, Əfqan Qəribov Muxtar Babayevin dövründə Şamaxı Regional Meşə Təsərrüfatı Birliyinin rəisi vəzifəsində işləyib.

Barəsində çox sayda şikayət olduğundan, həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində araşdırma aparıldığından Muxtar Babayev onu tutduğu vəzifədən azad edib.

Maraqlıdır ki, Muxtar Babayev nazir postundan getdikdən sonra Əfqan Qəribov yenidən ekologiya sferasına qayıdıb. O, hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini vəzifəsində çalışır. Onun bu vəzifəyə konkret nə zaman təyin olunduğu məlum deyil. Məlum olan budur ki, Əfqan Qəribovla bağlı yeni təyinat Muxtar Babayevin nazir olmadığı dövrdə baş verib.

O bu vəzifəyə təyin olunar-olunmaz mediada və sosial şəbəkələrdə Şahdağ Milli Parkının İsmayıllı hissəsində ağacların kəsilməsi barədə məlumatlar yayılmağa başlayıb. Həmin məlumatlarda ağacların kəsilməsinə görə Əfqan Qəribov ittiham edilir.

Eyni zamanda, onun Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan Cabbar Qəribov tərəfindən himayə olunduğu bildirilir. İddialara görə, Cabbar Qəribov Əfqan Qəribovun əmisidir. Onun yenidən vəzifəyə qayıdışı da Cabbar Qəribovun gərgin əməyinin nəticəsi kimi izah edilir.

Bu iddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, Əfqan Qəribov 2025-ci il sentyabrın 3-dən Şahdağ Milli Parkının İsmayıllı bölməsində sahə müfəttişi vəzifəsində işləyir.

Şahdağ Milli Parkının İsmayıllı hissəsində ağacların kəsilməsinə gəlincə, xidmətdən bildirilib ki, ETSN-in aidiyyəti qurumlarının əməkdaşları tərəfindən meşə və milli parkların ərazilərində mütəmadi monitorinqlər aparılır:

“Aşkar edilən qanun pozuntuları ilə bağlı aidiyyəti qurumlarla birgə qanunamüvafiq tədbirlər görülür. Şahdağ MP-nin ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılıb. İlkin araşdırmalara görə ağac kəsintisi baş verən ərazinin Şahdağ Milli Parkının ərazisi olmadığı müəyyən edilib. Sözügedən ərazinin mülkiyyətçisini müəyyənləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub. Araşdırma yekunlaşdıqdan sonra qanunamüvafiq tədbirlər görüləcək və dəymiş ziyanın məbləği cinayət tərkibi yaradarsa toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv